“Bizim obyektin çöldəki oturacaqları iki ildən çoxdur ki, yığışdırılıb. O vaxt departamentdən bizə bildirilmişdi ki, prezidentin göstərişi ilə küçə ticarəti qadağan olunub. Biz də etiraz etməmişdik. Prezident İlham Əliyevin bir müddət əvvəl sahibkarlara mane olmamaq barədə göstəriş verməsindən sonra biz də yenidən oturacaqları yenidən bərpa etdik. Çünki biz də sahibkarıq. İndi isə işimizə mane olurlar”.
Restoranda çalışan işçilər də bu vəziyyətdən şikayətləndi: “Başqa yerdə heç birimizi işə götürməzlər, amma burada iş tapmışıq, çörəkpulumuzu qazanırıq. Ona da imkan vermirlər. Evimizdə ailəmiz var. Necə dolanaq?”.
Departamentin özünü təqim etməyən əməkdaşı yalnız onu dedi ki, restoranın küçədəki fəaliyyəti qanunsuzdur. Obyektin inzibatçısı da dedi ki, onlar fəaliyyətlərini rəsmiləşdirmək üçün departamentə dəfələrlə müraciət ediblər, amma onları heç kim qəbul etməyib. Uzun mübahisələrdən sonra restoranın oturacaqları yığışdırıldı. Restoranın inzibatçısı Z.Dərziyev polisə müqavimət göstərmək ittihamı ilə Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsinə aparıldı. Restoranın isə 80 manat məbləğində cərimə olunması barədə akt tərtib olundu. (virtualaz)
İnterpress