Ötən il 0-13 yaş arası uşaqlar arasında diaqnozu ilk dəfə qoyulan xəstəliklərin ümumi sayı 680 039 olub.
2007-ci ildə bu rəqəm 642 302 idi.
2007-ci ildə ilk dəfə diaqnozu qoyulan xəstəliklər arasında yenitörəmələrin sayı 286 olubsa, 2014-cü ildə 401-ə yüksəlib.
Qan, qanyaradıcı orqanların xəstəlikləri və immun mexanizminin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozğunluqlar 2013-cü ildə 20 577 olduğu halda, 2014-cü ildə 26 239-a çatıb.
Artan xəstəliklər arasında sinir sistemi xəstəlikləri də yer alıb. 2007-ci ildə diaqnozu ilk dəfə qoyulan sinir sistemi xəstəliklərinin sayı 20 832, 2014-cü ildə 36 249 olub.
Sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri 2007-ci illə müqayisədə ötən il 4 min fakt daha çox aşkarlanıb.
Artan xəstəliklər arasında anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozğunluqları xəstəlikləri də var. (report)
İnterpress