Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Dünya Bankı və BMT-nin Əhali Fondu ilə əməkdaşlıq çərçivəsində hazırlanmış yeni hesabatında bildirilir.
Hesabata əsasən, bu göstərici MDB ölkələrindən Rusiyada 60 faiz, Ukraynada 47, Qazaxıstanda 84,6, Belarusda 88, Tacikistanda 70, Özbəkistanda 33,3 və Türkmənistanda 48,8 faizdir.
Belarusda bu göstərici Avstriya, İslandiya, Finlandiya, Polşa, İsveç və Çexiyada olduğu kimi çox aşağıdır – 100 min doğuş prosesinə 3-4 ölüm halı.
Ümumilikdə 1990-2015-ci illər dövründə dünyada ana ölümü 44 faiz azalıb. Lakin hər gün 800 qadın hələ də hamiləlik və doğuş ilə əlaqəli səbəblərdən dünyasını dəyişməkdədir. Ana ölümü hallarının 99%-i inkişaf etməkdə olan ölkələrin payına düşür.(report)
Interpress