“Qarabağ” blokunun taleyi gələn həftə həll olunacaqbackend

“Qarabağ” blokunun taleyi gələn həftə həll olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu haqda mətbuatı “Qarabağ” blokunda təmsil olunan Ümid Partiyasının sədri İqbal Ağazadə açıqlayıb.

İ.Ağazadə bildirib ki, müzakirələrdən sonra blokun fəaliyyətinin davam etdirib-etdirməməsi ilə bağlı qərar veriləcək: “Hər halda blokun fəaliyyətinin davam etdirib-etdirməməsi təkcə bizim partiyanın qərarından asılı deyil. ADP sədri Sərdar Cəlaloğlu ilə məsləhətləşəcəyik. Lazım bilinsə, blok fəaliyyətini davam etdirəcək, bilinməsə yox”.

İ.Ağazadə qeyd edib ki, “Qarabağ” bloku fəaliyyətini dayandıracağı halda da, Ümid Partiyası ilə ADP arasında münasibətlər davam etdiriləcək: “ADP ilə bizim isti münasibətlərimiz var. Blok şəklində olmasa da, iki partiya olaraq əməkdaşlığımızı davam etdirəcəyik”.

Qeyd edək ki, “Qarabağ” blokunda Ümid Partiyası və ADP təmsil olunur. Milli Məclisə noyabrın 1-də keçirilən seçkilərdən öncə hər iki partiya seçkilərə ayrı-ayrılıqda getmək barədə qərar verdiyi üçün blok fəaliyyətini dayandırmışdı. (Trend)

İnterpress.az