A.Z.Məmmədovun Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri diplomatik rütbəsindən məhrum edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini və “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsini rəhbər tutaraq qərara alıram:
Arif Zahid oğlu Məmmədov Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri diplomatik rütbəsindən məhrum edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 noyabr 2015-ci il.