İstanbul kitab sərgisində Azərbaycan guşəsi maraqla qarşılanıbbackend

İstanbul kitab sərgisində Azərbaycan guşəsi maraqla qarşılanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən xəbər verir ki,Nazirliyin mətbuat xidmətinin məlumatında bildirilir ki, Azərbaycan guşəsində Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası, “Kaspi” Şirkətlər Qrupu, “Hədəf” və “Qələm” nəşriyyatları, eləcə də Türkiyədə fəaliyyət göstərən “Araz yayınçılıq” kitab evinin nəşrləri nümayiş olunub. Stendimizdə ümumilikdə 600 adda kitab, albom və digər çap nümunələri yer alıb.30 ölkədən 700-dək nəşriyyatın iştirak etdiyi sərgidə tərtibatı və mövzu zənginliyi ilə fərqlənən milli stendimiz ilk gündən kitabsevərlərin ən çox üz tutduqları məkanlardan birinə çevrilib.

Milli stendimizdə ölkəmizin tarixi, bugünkü inkişafı barədə geniş təəssürat yaradan nəşrlər, ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablar, Heydər Əliyev Fondunun Azərbaycan həqiqətlərini müxtəlif dillərdə dünyaya çatdıran nəfis tərtibatlı çap məhsulları, Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün ağır nəticələrindən bəhs edən kitablar sərgilənib. Həmçinin Mədəniyyət və Turizm Nazirliyi dəstəyi ilə işıq üzü görən nəşrlər, ölkəmizin tarixi, mədəni irsi və turizm imkanlarını təbliğ edən kitablar təqdim olunub.

Dörd gün ərzində minlərlə kitabsevər Azərbaycan stendində ölkəmiz, tarixi-mədəni irsimiz, milli ədəbiyyatımız haqqında geniş məlumat əldə ediblər. Qonaqlara təqdim edilən turizm nəşrləri, bukletlər, Azərbaycan mətbəxi haqqında çap məhsulları da xüsusi maraq doğurub. Azərbaycan, türk, rus dilində Hüseyn Cavid yaradıcılığına dair nəşrlər, Cəlil Məmmədquluzadə, “Kitabi Dədə-Qorqud”, Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyaları da geniş oxucu marağına səbəb olub.

Nazirliyin dəstəyi ilə “Hədəf nəşrləri” tərəfindən çap olunan “Azərbaycan ədiblərini dünyaya tanıdaq” 20 cildliyi sərgidə xüsusi rəğbət görüb. Məhəmməd Əmin Rəsulzadənin 130 ilik yubileyi ilə əlaqədar nəşr olunan və ilk dəfə sərgiyə çıxarılan 5 cildlik də guşəmizin diqqətçəkən çap məhsullarından olub.

Noyabrın 10-da 34-cü İstanbul beynəlxalq kitab sərgisi işini başa vurub. Dünyanın ən nüfuzlu kitab nümayişi məkanlarından olan İstanbul sərgisinin builki rəsmi qonağı Rumıniya idi.

İstanbul kitab sərgisində Azərbaycan guşəsi maraqla qarşılanıb

İstanbul kitab sərgisində Azərbaycan guşəsi maraqla qarşılanıb

İstanbul kitab sərgisində Azərbaycan guşəsi maraqla qarşılanıb

İnterpress.az