İnterpress.az Qerb mediyasına istinadən xəbər verir ki, \”Mavi Mərmərə-\”de iştirak edən İspaniya vətəndaşları tərəfindən açılan davada haqqında həbs qərarı çıxarılan Netanyahu və 6 Nazir, \”İnsanlığa qarşı işlənmiş cinayət\” -dən ittiham olunurdu.
İsrail Baş Nazir Binyamin Netanyahu və 6 İsrailli nazirə İspaniya Ali Məhkəməsindən həbs qərarı çıxdı. Netanyahu, Ehud Barak, Aviqdor Liberman və digər 4 İsrailli nazirə İspaniya Məhkəməsi tərəfindən həbs qərarı verilib.
31 May 2010 tarixində İsrail tərəfindən \”Mavi Mərmərə \”-yə edilən hücumda gəmidə olan İspaniya vətəndaşlarının müraciət etdiyi məhkəmədə İsrailli nazirlərə həbs qərarı çıxdı.
Burada qaldırılan iddianın nəticəsində Məhkəmə, İsrail Baş Naziri Netenyahu, o zamanını Müdafiə Naziri Ehud Barak, dövrün Xarici İşlər Naziri Aviqdor Liberman, Dövrünün Baş Nazir Köməkçisi Moshe Yalon , dövrün Dəniz Qüvvələri komandiri Eliezer Marom, dövrün dövlət naziri Benny Beyin və baş nazir müavini Eli Yişai olmaq üzrə cəmi 7 nəfər haqqında həbs qərarı verib.
İnterpress.az