Partlayışlar Parisin yeddi rayonunda qeydə alınıb. İlk hücum xəbəri Fransa-Almaniya arasında keçirilən yoldaşlıq oyununda qeydə alınıb. Oyunu izləyən prezident Fransua Olland dərhal meydandan uzaqlaşdırılıb. Növbəti terror paytaxt restoranlarından birində qeydə alınıb. Daha sonra amerikalı rok-qrupun konserti keçirilən “Bataklan” teatrında 100 nəfərin girov götürüldüyü xəbəri yayılıb. Şahidlərdən birinin sözlərinə görə, terrorçulardan biri “Bu, Suriya üçündür” deyə qışqırıb.
Ölənlərin 100-ü “Bataklan” teatrında saxlanınan girovlar olub.
Prezident Fransua Olland ölkədə fövqəladə rejim elan edib və sərhədlərin bağlanılması tapşırığını verib.
Paris meriyası insanları evlərini tərk etməməyə çağırıb.
Paris polisi isə terror zamanı yeddi polisin ölməsi ilə bağlı məlumat yayıb. Saxlanılan terrorçuların “İslam Dövləti” qruplaşmasının üzvləri olduğu ehtimal edilir. Terrorçulardan 3-ü özünü partladaraq öldürüb.
Qeyd edək ki, bu, Fransa tarixində baş verən ən irimiqyaslı terror aktıdır.
***
Ötən axşam naməlum silahlılar Parisin 10-cu dairəsində atəş açıb, 11-ci dairədə yerləşən “Bataklan” teatrında isə təxminən 100 nəfər girov götürülüb. Həmçinin “Stad de Frans”stadionu yaxınlığında, Fransa-Almaniya oyunu keçirilən zaman, bir neçə partlayış törədilib.
**** ****
Bu barədə Paris polisinin prefekturasından bildiriblər.
İnterpress.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, məlumata əsasən paytaxtın “Bataklan” konsert zalında naməlum şəxslər tərəfindən girov götürülənlər var.
Parisin “Stade de France” stadionu yaxınlığında bir neçə partlayış qeydə alınıb. Məlumata görə, partlayışlar Fransa-Almaniya yoldaşlıq matçı zamanı baş verib.
BFM TV telekanalının xəbərinə görə, hadisə nəticəsində xəsarət alanlar var. Qeyd olunur ki, Fransa prezidenti Fransua Olland görüşü izləmək üçün stadionda olub. Hadisənin digər təfərrüatları barədə hələ ki, məlumat verilmir.
İnterpress.az