İnterpress.az Qərb mediyasına istinad edərək xəbər verir ki, Parisdəki hücumları İŞİD üzərinə götürdü. İŞİD-ə yaxın saytlardan edilən açıqlamada hücumların \”Bunun Avropanın 11 Sentyabrı\” olduğu ifadə edilib. Fransadakı terror hücumları nəticə İŞİD-lə əlaqəli sosial mediyada qələbə təbrikləri müşahidə olunur.
Fransa İŞİD-ə qarşı NATO qüvvələrinin keçirilən hava əməliyyatına ən böyük dəstəyi verən ölkələrdən biridir. Hava əməliyyatları zamanı İŞİD çox ciddi itki verib. Eyni zamanda Antalyada keçiriləcək zirvədə İŞİD-in gələcəyi məsələsi müzakirə ediləcəkdir. Bu zirvədə çıxacaq qərar İŞİD-in gələcəyini müəyyənləşdirəcək. Qərarı verəcək ayrı-ayrı qütblər isə dünya tarixində bəlkə də ilk dəfə eyni fikirdədirlər. Amerika da, Rusiya da, Avropa da, Çin də İŞİD terrorundan xilas olmaq istəyir. Bütün ayrı-ayrı qütbləri bir araya gətirən İŞİD, bunun fərqindədir. Bu səbəblə bütün dünyaya məni Suriyada vursanız da, mən ölkənizdə sizi döyürəm mesajı vermək istəyir.
İnterpress.azhttps://youtube.com/watch?v=AAntOiF-H6s