Ərdoğan: “Terrorizmlə mübarizə məsələsində sözün bitdiyi yerdəyik”backend

Ərdoğan: “Terrorizmlə mübarizə məsələsində sözün bitdiyi yerdəyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Türk mətbuatına istinadən xəbər verir ki, prezident Tayyib Ərdoğan, Parisdəki hücumla bağlı, \”Ölkəm və millətim adından həmkarım cənab Ollanda və Fransız xalqına son itkiləri üçün baş sağlığı verir, yaralılara təcili şəfalar diləyirəm\” dedi.

R.T.Ərdoğanın açıqlamalarından: \”Bir konsert salonunda yaşanan girov götürmə hadisəsinin də heç bir insani və əxlaqi dəyərlə izahı mümkün deyil. Bu əlim hadisə terrorizm mövzusunda uzun müddətdir dilə gətirdiyimiz hisslərin nə qədər məqsədəuyğun olduğunu ağrılı bir şəkildə göstərmişdir. Beynəlxalq cəmiyyət olaraq terrorizmə qarşı bir razılığın olması lazım olduğunu hamı ifadə etdik və terrorizmə qarşı mübarizəmizi də həssaslıqla davam etdirdik, davam etdiririk.
Ancaq artıq terrorizmlə mübarizə məsələsində sözün bitdiyi yerdə olduğumuzu xatırlatmaq istəyirəm. Bunun artıq ön plana çıxması lazım olan bir dövrdə olduğunu xüsusilə qeyd etmək istəyirəm. Terrorun dili, dini ,irqi və milləti olmaz. Terrorçunun və terrorun hamısı pisdir. \”Sənin terroristin pisdir, mənimki yaxşıdır\” məntiqini artıq kənara qoymaq lazımdır. Türkiyə olaraq terrorizm mövzusunda qəti mövqeyimizi bundan sonra da eyni şəkildə davam etdirəcəyik. Ankaradakı, Suruçdakı, Qaziantep, Diyarbəkir, Şırnak ölkəmin insanları bunları çox yaxşı bilir, nə düşünürüksə ,necə bildiksə onu bilin ki, Parisdəki aksiyalar üçün də eynisini hesab edir ki, hiss edirik.\”

İnterpress.az