Rəşad Nəbiyevdən yeni TƏYİNATbackend

Rəşad Nəbiyevdən yeni TƏYİNAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (NRYTN) yeni təyinat olub.

Nazir Rəşad Nəbiyevin əmri ilə Asif İsmayılov qurumun aparat rəhbərinin müavini təyin edilib.

Qeyd edək ki, A.İsmayılov Kənd Təsərrüfatı Nazirliyinin Elektron hökumətin tətbiq edilməsi şöbəsinin müdiri olub.

NRYTN-in aparat rəhbərinin müavini Zamin Nurəhmədov ötən həftə vəzifəsindən azad edilib.

Bundan əlavə, nazirin əmri ilə Nazirliyin maliyyə və hesabatlıq şöbəsinin müdiri Gülru Hüseynova tutduğu vəzifədən uzaqlaşdırılıb.

 

İnterpress.az