Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək.
Bunu açıqlamasında Milli Məclisin deputatı, komissiyanın üzvü Fazil Mustafa deyib.
O bildirib ki, toplantı videokonfrans formatında keçiriləcək:
“İclasda komissiyaya daxil olan müraciətlərə baxılacaq”.
“Komissiya indi toplanıb müraciətlərə baxırsa, demək Novruz bayramı ərəfəsində ölkə Prezidenti tərəfindən əfv sərəncamının imzalanması mümkündür”, – deyə F.Mustafa vurğulayıb.
İnterpress.az