İran Rusiyadan “Azərbaycan münasibəti” istəyirbackend

İran Rusiyadan “Azərbaycan münasibəti” istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Mehdi Sanai deyib.

Səfir bildirib ki, ölkəsi 2015-ci ildə bunun üzərində işləyəcək: “İran çalışır ki, Gömrük İttifaqı ilə iqtisadi əlaqələri olsun. İran bundan istifadə edərək Rusiya və digər ölkələrə mallarını ixrac etmək barədə düşünür”.

Onun sözlərinə görə, Rusiya ilə İran arasında əməkdaşlığın tam olması üçün bir çox problemlər həll olunmalıdır: “Daha bir problem var. Rusiyaya ixrac olunan İran mallarına tətbiq olunan yüksək rüsumlar. İran Rusiyaya mallarını başqa ölkələrdən keçməklə yox, birbaşa göndərir. Lakin rüsumlar çoxdur. İran iş adamları tez-tez müraciət edirlər ki, tariflər aşağı salınsın. Onlar Rusiyanın Ermənistan, Azərbaycan və Qazaxıstanla olan münasibətlərini nümunə gətirirlər”.

İnterpress.az