İnterpress.az xəbər verir ki, İŞİD onların müqabilində İordaniya həbsxanalarında saxlanılan 27 terrorçunun azad olunmasını tələb edib. Məlumatı Yaponiyanın TBS telekanalı İordaniya hakimiyyətindəki mənbəyə istinadən yayıb.
Telekanalın məlumatına görə, İŞİD İordaniya hökumətinə 27 terrorçunun siyahısını verib. Onlardan çoxu barədə artıq ölüm hökmü çıxarılıb.
Xatırladaq ki, ötən həftə terrorçular iki Yaponiya vətəndaşının – Kendzi Qoto və Haruno Yukavanın görüntülərini yaymışdı. İŞİD Yaponiya hökumətindən onların azad olunması üçün 200 milyon dollar tələb etmişdi. Terrorçular verdiyi müddət başa çatdıqdan sonra Yukavanın artıq edam olunduğu bildirilib. Sağ qalan digər girovun azad olunması üçün isə İordaniya həbsxanasında saxlanılan edama məhkum Saci ər-Rişavinin onlara verilməsi tələb olunub. Ər-Rişaviyə 60 nəfərin ölümüylə nəticələnən terror hadisəsini törətməkdə ittiham olunur.
Yaponiyanın baş naziri Xarici İşlər İdarəsinə İordaniya hökuməti ilə məsləhətləşmələrı intensivləşdirmək tapşırığı verib.
İnterpress.az