İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki,1111 karatlıq daşın, paytaxt Qaboroneunun təxminən 500 km şimalındakı Karov mədənində olduğu açıqlanıb.
Tapılan almazın indiyə qədər ölkədə olan ən böyük brilyant olduğu bildirilir.
Daşın eyni zamanda dünya miqyasında əsrdən artıq müddət ərzində olan ən böyük brilyant olduğu qeyd edilir. 3106 karatlıq \”Cullinan\” almazı 1905-ci ildə Cənubi Afrikada tapılmışdı.
Almaz İngilis Kral ailəsinə məxsus doqquz daşa bölünmüşdü.
Kanada şirkəti \”Lucara Diamond\”-un Baş Direktoru Uilyam Lamb, mədəndə 813 və 374 karatlıq daha iki brilyant tapdıqlarını açıqladı. Dünyanın ikinci böyük almazına hələ qiymət verilmədi.
Ancaq əmtəə və metal sənəti mütəxəssisi Kieron Hodqson, \”AFP\” agentliyinə müsahibəsində \”Qiymətinin çox yüksək olacağına şübhə olmadığını\” deyib.
Apreldə 100 karatlık bir brilyant 22.1 milyon dollara satılmışdı.
Cənubi Afrikada tapılan almazın kəsib tanıdılması prosesinin bir ildən çox davam etdiyi açıqlanmışdı.
Dünyada ən çox almaz Botsvanada çıxarılır.
İnterpress.az