Hörümçək öldürən adamın evinə “Arvadını Öldürür” – deyə hücum çəkdilərbackend

Hörümçək öldürən adamın evinə “Arvadını Öldürür” – deyə hücum çəkdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Avstraliyada evində hörümçəklə qarşılaşan adamın qışqırıq səsi, qonşuları tərəfindən qadın səsinə bənzədilərək, polisə \”arvadını öldürür\” – deyə şikayət etmələrinə səbəb oldu. Telefon zəngindən sonra polis evə hücum etdi.

Polisin hadisə yerinə gəlməsindən qısa müddət sonra, həqiqət ortaya çıxdı. Vəziyyəti qiymətləndirən polis, evə basqın edib. Qapını açan və adı açıqlanmayan bu adam, polisin \”Xanımın haradadır\”? Sualına evli olmadığını və tək yaşadığını söylədi.

Gənc adam, polislərin mübahisə baş verdiyinə və bir qadının təhdid edildiyinə dair səslərin olduğunu bildirməsindən sonra,o, evli olmadığını və o səsləri də özünün çıxardığını ifadə etdi. O,evində böcək dərmanı səpməsinə baxmayaraq bir hörümçəyin ətrafda dolandığını və onu təqib etdiyini qeyd edib.

Interpress.az