İnterpress.az xəbər verir ki, Sarkisyan İrəvana rəsmi səfərlə gələn İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb. Zərif Ermənistanla münasibətləri bütün sahələrdə inkişaf etdirmək istədiklərini vurğulayaraq, prezident Ruhaninin 2015-ci ildə Ermənistana səfəri üçün hazırlıq işlərinə başladıqlarını deyib.
Görüşdə Sarkisyan da iki ölkə arasındakı münasibətlərə toxunaraq, İranla Ermənistanın beynəlxalq arenalarda əməkdaşlığa davam etdiyini qeyd edib.
Ermənistan prezidenti bundan başqa iki ölkə arasında imzalanan müqavilələrin icrasını istədiklərini deyərək ikili münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsi istəklərini vurğulayıb.
İnterpress.az