Kim Çen In Rusiyaya gedəcəkbackend

Kim Çen In Rusiyaya gedəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az VOA-ya istinadən xəbər verir ki, Cənubi Koreyanın Yonhap xəbər agentliyi cənab Kimin may ayında Sovet İtifaqının İkinci Dünya müharibəsində Almaniya üzərində qələbəsinin 70-ci ildöünümü münasibətilə təntənələrə dəvəti qəbul etdiyini təsdiqləyib.

Yonhap Rusiya hökumətinə istinadən edərək, 20 dövlət başçısının təntənələrə qatılacağını təsdiq etdiyi və Şimali Koreya liderinin onların arasında olduğu haqda məlumat verib.

Bu, cənab Kimin hakimiyyətə gəldikdən sonra ilk xarici səfəri olacaq. Lakin Pxenyan təntənələrə Şimali Koreyanın formal dövlət başçısı Kim Yonq Namı göndərə bilərdi.

Çin Kim Çen Inın xarici səfəri üçün ilk ölkə ola bilərdi, lakin onun hakimiyyətə keçməsindən sonra Şimali Koreyanın ən güclü müttəfiqi ilə münasibətlərdə gərginlik müşahidə edilir.

Çin və Rusiya BMT-nin Şimali Koreyanın nüvə silahı inkişaf etdirmək səylərinə görə cəzalandırılmasını nəzərdə tutan razılaşmalarına imza atıb. Lakin Çin məsələdə daha sərt mövqe tutub.

BMT və Çin tərəfindən hazırlanmış sanksiyalar 2013-cü ildə mart ayında Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür.

İnterpress.az