Bunu Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Vladimir Puskov deyib.
O bildirib ki, rusiyalı parlamentarlar üçün səs hüququnun aprel və ya iyuna qədər dondurulması arasında heç bir fərq yoxdu: “Biz bütünlükdə 2015-ci il boyu AŞPA-nın işini boykot edirik”.
V. Puskov saxlanılmış ukraynalı deputat Nadia Savçenkonun dərhal azad edilməsi ilə bağlı AŞPA-nın çağırışının da heç bir əsası olmadığını deyib: “Çünki AŞ PA Rusiya ilə dialoqdan imtina etdi. Bizimlə əməkdaşlıq etməyən qurumun çağırışı heç bir əhəmiyyət kəsb etmir”.
İnterpress.az