Bu barədə qondarma Donetsk Xalq Respublikasının ordu rəhbərinin müavini Eduard Basurin açıqlama verib.
Onun sözlərinə görə, separatçılar Ukryananın cənub-şərqində yerləşən Debaltsevo məntəqəsində nəzarəti ələ alıblar.
Basurin bildirib ki, separatçılar məntəqəni ələ keçirmək üçün bütün günü döyüşüblər.
\”Hazırda Ukrayna ordusunun bölgədən çıxarılması üçün döyüşlər gedir. Döyüşçülər Artemovsk- Debaltsevo avtomagistralına da nəzarət edirlər. Şəhərdə təxminən 10 min Ukrayna əsgəri var. Şəhərdən çıxa bilmirlər\”, deyə Basurin bildirib (ans).
İnterpress.az