İnterpress.az xarici mətbuata istinadən bildirir ki, İordaniya həbsxanada saxlanılan terrorçu qadının girovlar müqabilində İŞİD-ə verilməsi təklifi ilə razılaşıb. Dünyanın aparıcı mətbuat orqanları girovların təhvil verilmə prosesini izləmək üçün Türkiyənin Şanlıurfa bölgəsinin Akçakale rayonundakı gömrük qapısına gəlib. “Cihan” xəbər agentliyinin məlumatına görə, girovlar MİT-in nəzarətində Türkiyəyə gətiriləcək.
Bəzi məlumatlara görə, girovlar müabilində İŞİD-ə təhvil veriləcək qadın terrorçunun Əl-Bağdadı ilə qohumluq əlaqələri var. Hətta bəzi mənbələr onun Əl-Bağdadinin bacısı olduğunu bildirir.
IŞİD takas için Türkiye sınırına randevu verdi euronews-tr
İnterpress.az