İnterpress.az xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Valentin Nalivayçenko bu barədə məlumat verərək bildirib ki, əməliyyat Rusiya ordusunun baş qərargahının əmriylə edilir.
Onun sözlərinə görə, Rusiya baş qərargahının əmriylə yanvarın 20-23 arasında seperatçıların əlində olan bölgələrə “KAMaz” maşınlarına yüklənmiş 7 səyyar krematoriya göndərilib. Nalivayçenko bildirib ki, hər bir belə səyyar krematoriya sutkada 8-10 meyid yandırır.
“Ölüm sobaları” Rusiya əks-kəşfiyyatı tərəfindən idarə olunur. Bu xüsusi “KAMaz”lar ilk dəfə keçən ilin sonlarında Rusiyanın Ukraynayla sərhədindəki Rostov vilayətində aşkar olunmuşdu.
Nalivayçenkonun sözlərinə görə, hər gün onlarla Rusiya vətəndaşı Ukraynaya göndərilən yaxınlarının tapılması üçün müraciət edir.
İnterpress.az