Olland: “Fransa Dağlıq Qarabağ probleminin həlli üçün səylərini davam etdirəcək”backend

Olland: “Fransa Dağlıq Qarabağ probleminin həlli üçün səylərini davam etdirəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri Fransa prezidenti Fransua Olland Fransa-erməni Təşkilatları Koordinasiya Şurasının təşkil etdiyi illik yeməkdə deyib.

Qondarma “erməni soyqırımı”nı ilə bağlı danışan Fransa lideri yüzüncü ilin “soyqırım”ın tanınması istiqamətində yeni bir mərhələ, jest olacağına inandığını deyib: “Tabuları yıxmaq zamanı gəlib. Ötən il Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 1915-ci ildə həyatını itirən ermənilərin indiki nəslinə başsağlığı verəndə İrəvanda bu addımı alqışlamış, lakin yetərli olmadığını bildirmişdim. Real səylər göstərilməlidir. Türkiyə və Ermənistanın xalqlarının yeni başlanğıc kəşf etmələrinin zamanıdır”.

F. Olland 24 apreldə İrəvana səfər edəcəyini də açıqlayıb. ( apa )

İnterpress.az