Müsavatçı xanım: “Partiyadan çıxarılacağımı gözləmirəm, amma…”backend

Müsavatçı xanım: “Partiyadan çıxarılacağımı gözləmirəm, amma…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İnterpress.az-a açıqlamasında onun partiyadan kənarlaşdırmasının mümkünlüyündən danışan Müsavat başqanının müavini Elman Fəttahın fikirlərinə münasibət bildirən Qadınlar Birliyinin sədri Ellada Məmmədli bildirib.

Onun sözlərinə görə, fevralın 2-də Divana dəvət edilib və imkan dairəsində iclasda içtirak edəcək: “Zatən ilk Divan iclasından Osman Kazımlı, Nüşabə xanım Sadıqlı partiyada təmizləmə prosesinin getməli olduğuna dair fikir bildirdilər. Bunun bir qismini qurultaydan sonra icra etdilər. Yəqin indi də digər mərhələni tamamlamaq istəyirlər”.

Ellada Məmmədli partiyadan çıxarılması barədə qərarın veriləcəyini gözləmədiyini deyib: “Əslində gözləmirəm. Çünki nizamnaməni pozmamışam. “Kimin kimdən xoşu gəlmir” siyasətilə partiyanı idarə etmək niyyətindədirlərsə, deməli, problem rəhbərlikdə və idarəçilikdədir”.

Elnarə
İnterpress.az