Rusiyada 70 milyon il əvvəl yaşamış fil quşu tapıldıbackend

Rusiyada 70 milyon il əvvəl yaşamış fil quşu tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İnterpress.az rus mətbuatına istinadən xəbər verir ki, Orenburqda 65 milyon il əvvəl nəsli kəsilmiş olan \”Kretas\” dövründə yaşamış fil quşuna aid qalıqlar tapıldı.

İndiki dəvə quşlarına bənzər, 80 santimetr boyu olan, dişli və uça bilməyən bu quş növünün daha əvvəl yalnız Amerika qitəsində yaşadığı güman edilirdi.

TASS xəbər agentliyinə müsahibə verən Rusiya Paleontologiya Birliyi Ulyanovsk Məntəqə Sədri Vladimir Yefimov \”İjberda kəndi yaxınlığında bir daş mədənində, bir fil quşuna aid onurğa və qabırğa sümükləri tapıldı. Bu qalıqlar növü və ölçünü müəyyənləşdirmək üçün yetərlidir\” dedi.

\”Aepyornis\” deyə bilinən bu quş növünə aid qalıqların daha əvvəl Amerika qitəsində yerləşdiyini bildirən Yefimov \”Tapıntılar çərçivəsində bizim tapdığımız quşla, Şimali Amerikada yerləşən quşu müqayisə etmək istəyirik\” dedi.

Bu arada bu il elm xadimləri Orenburq Bölgəsində yenə eyni yerdə \”ihtiornis\” deyilən dəniz quşu qalıqlarına rast gəlmişdi.

Bu nadir quş növünün də yalnız Amerika qitəsində yaşadığı təxmin edilirdi. Tapıntılar isə sözügedən bölgədə daha əvvəl Orenburqdan Şimal Buzlu Okeanına uzanan Turqay körfəzinin olduğunu göstərir.

Yefimov \”Tapıntılara görə regiondakı dənizdə çox sayda müxtəlif növ canlı var. Bu quş növü də bataqlıq düz ərazilərdə yaşayırdı\” dedi.

Interpress.az