Prezident deyib ki, Ankara bu məsələdə yeni addımlar atmalı və tabuları sındırmalıdır: “Həqiqəti tapmaq üçün cəhdlər davam etdirilməlidir. Əminəm ki, bu il yeni addımlar, yeni jestlər görə biləcəyik”. İnterpress.az xəbər verir ki, Olland bunu Parisin erməni icmasıyla keçirdiyi şam yeməyində deyib.
Qeyd edək ki, Ərdoğan keçən ilin 23 aprelində 1915-ci il hadisələrini şərh edərkən “Bu, türklərlə ermənilərin ümumi ağrısıdır” ifadəsini işlədib. Olland Ərdoğanın bu çıxışını şərh edərək “İki xalq üçün də tabuları sındırmaq lazımdır. Bununla yeni başlanğıcın əsası qoyulmalıdır” deyə vurğulayıb.
İnterpress.az