Namaz qılan müsəlman gənc təyyarədən düşürüldübackend

Namaz qılan müsəlman gənc təyyarədən düşürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Parisdə baş vermiş məlum terror aktından sonra Avropanı bürümüş paranoik ovqat Danimarkada da özünü göstərib.

İsveçdə bir yarışmaya qatıldıqtan sonra Danimarkanın paytaxtı Kopenhagendən \”Air France\” aviaşirkətinin təyyarəsi ilə Parisə, oradan da vətəni Mərakeşə dönməyə çalışan 20 yaşlı müsəlman gənc təyyarə havaya qalxmazdan əvvəl dua etdiyi və dini bir film izləməyə başladığı üçün \”Kastrup\” hava limanında yerə düşürülüb.

Gəncin başqa bir sərnişinin şikayəti əsasında kapitan tərəfindən təyyarədən çıxarıldığı bildirilir.

Qeyd olunur ki, təyyarədən çıxarılan müsəlman gəncin üstündən və çantasından şübhəli heç nə tapılmayıb.

Adı açıqlanmayan gənc növbəti reyslə ölkəsinə yola salınıb.

Interpress.az