İnterpress.az xəbər verir ki, Doğu Perincek “Bu işin sonunda Avropanın öz dəyərlərinə sadiq qalaraq qərar verəcəyinə inanıram. Avropada vəziyyət çox dəyişib. Bu işi biz qazanacağıq. Türklərə, müsəlmanlara nə qədər tolerantlıq göstərilərsə, Avropada o qədər sülh olar” deyə vurğulayıb.
Qeyd edək ki, İsveçrə parlamenti “erməni soyqırımı”nı inkar edənlərə qarşı cəza nəzərdə tutan qanun layihəsi qəbul edib. Doğu Perinçek həmin qanunla bağlı 2008-ci ildə Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib.
Məhkəmə Doğu Perinçeki haqlı çıxardaraq İsveçrənin Avropa İnsan Haqları Konvensiyasının 10-cu bəndini pozduğu barədə qərar çıxardıb.
İnterpress.az