Nüsrət Cəbhəsindən İŞİD-lə bağlı Qafqaza müraciətbackend

Nüsrət Cəbhəsindən İŞİD-lə bağlı Qafqaza müraciət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Qafqaz Əmirliyinin Dağıstan üzrə nümayəndəsi Süleyman Zeynalabidinovun İŞİD-ə biət etməsindən sonra təşkilatın rəhbəri Əli Aşab Kebekov açıqlama yayıb. O, Zeynalabidinovu və onun yanındakı döyüşçüləri günahlandıraraq qərarlarından vaz keçməyə çağırıb. Dağıstana yeni nümayəndə təyin edən Kebekovun bu açıqlamasından sonra İŞİD-ə qoşulanların sayı artıb.

Bundan sonra mərkəzi Suriyada olan Nüsrət Cəbhəsinə yaxınlığı ilə tanınan bəzi şəxslər qafqazlı döyüşçülərə müraciət edib. Müraciətdə İŞİD-in batil bir təşkilat olduğu vurğulanır: “ABŞ-ın kölgəsi altında xilafət yaratmaq boş xəyaldır. Bu xilafət şəri yolla yaradılmayıb”.

Müraciətə şeyx Ömər Hadduşi, şeyx Abdullah Muheysini, şeyx Hani es Sibai, Tarık Abdulhalim, Sami el Ureydi, İbrahim Rubeyş, Haris ən Nazari, Halid bin Ömer Batarfi, Əbu Mikdad əl Kindi, şeyx Əbu Mariya əl Kahtani imzalayıb.

İnterpress.az