İnterpress.az xəbər verir ki, o, mətbuat konfransında “Mən bilmirəm o kimdir. Bunu dəyərləndirə bilmərəm. İndiyə qədər çox qızı Putinin övladı kimi qələmə veriblər” deyə bildirib.
Xatırladaq ki, bir müddət əvvəl mətbuatda Lomonosov adına Moskva Dövlət Universitetinin genişləndirilməsi barədə məlumatlar yayılmışdı. Layihənin hazırlanmasında “İnnopraktika” firması da iştirak edib. Katerina Tixonova universitet rektorunun yaratdığı fondun direktoru vəzifəsini daşıyır.
Jurnalist Oleq Kaşin özünün “Twitter” hesabında Tixonovanın Putinin başqa soyadla yaşayan qızı ola biləcəyini vurğulayıb.
Qeyd edək ki, Vladimir Putin 2013-cü il iyunun 6-da arvadı Lyudmila ilə boşanıb. Onların iki qızı var- 1985-ci ildə doğulmuş Mariya və 1986-cı il təvəllüdlü Katerina.
İnterpress.az