ATƏT-in İrəvan ofisinin bağlanmasını tələb edildibackend

ATƏT-in İrəvan ofisinin bağlanmasını tələb edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aksiyanın təşəbbüskarı Karen Vardanyan bildirib ki, onlar ATƏT-in Ermənistandakı nümayəndəliyinin fəaliyyətini mənasız hesab edirlər: “Çünki ofis formal bəyanatlar verməkdən savayı heç nə etmir”.

ATƏT-in İrəvan ofisinin bağlanmasını tələb edənlər cəbhə xəttində hər gün gərginliyin yaşandığını, “yeganə təxribatçının Azərbaycan olduğunu”, ATƏT-in isə vasitəçi kimi bu istiqamətdə heç bir iş görmədiyini iddia ediblər.

“ATƏT formal bəyanatlarla çıxış edir, hər iki tərəfi sakitliyə çağırır, amma onlar da çox gözəl bilirlər ki, bunun heç bir mənası yoxdur”, – deyə K.Vardanyan qeyd edib. Onun sözlərinə görə, “ATƏT Azərbaycanın təcavüzünün susqun himayədarıdır” (apa).

İnterpress.az