İnterpress.az xəbər verir ki, rəsmi Ər-Riyad Bəhreynlə birgə belə olimpiya oyunları keçirmək üçün ərizə vermək niyyətindədir.
“The Telegraph” qəzetinin məlumatına görə, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax bildirib ki, belə bir təklifin qəbul olunması qeyri-mümkündür: “Çünki bu, cinsi ayrıseçkilik deməkdir”.
2012-ci ilə qədər Səudiyyə Ərəbistanı ancaq kişi idmançıları olimpiya oyunlarına göndərib. Ölkə qanunlarına görə, qadınlar bu oyunlarda iştirak edə bilməzdilər.
Ancaq 2012-ci ildə London olimpiya oyunlarında Beynəlxalq Olimpiya Komitəsinin təzyiqi ilə Səudiyyə Ərəbistanı tarixində ilk dəfə qızları da yarışa göndərib. Ölkəni Sara Attar və Vocan Şahrani təmsil edib.
İnterpress.az