Krım tatarlarıın məclis sədri həbsdəbackend

Krım tatarlarıın məclis sədri həbsdə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Çiyqoz 2014-cü il 26 fevralında baş verən kütləvi iğtişaşlarla bağlı araşdırmaya görə saxlanılıb. İnsident zamanı iki nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Araşdırma komitəsinin məlumatına görə, həmin gün respublika parlamentinin qarşısındakı aksiyada “Məclis”in şəxsiyyəti müəyyən olunmamış üzvləri Krım tatarlarını tabeçilik göstərməməyə və zorakılığa çağırıblar.

Tədqiqatın gedişində bu nəticəyə gəlinib ki, iğtişaşlara məhz bu şəxslərin fəaliyyəti səbəb olub. Krım tatarlarından olan naməlum şəxslər “Rus birliyi” və Krım Respublikasının Özünümüdafiə Qüvvələri”nə qarşı fiziki güc tətbiq ediblər. Sonra parlament binasına daxil olaraq 600 min rubl maddi ziyan vurublar.

Simferopoldakı ixtişaşlar Kiyevdə hakimiyyət dəyişikliyindən 4 gün sonra baş verib.

İnterpress.az