İnterpress.az xəbər verir ki, Şarmazanov həmkarları ilə birgə parlamentə Osmanlıda 1914-23-cü illərdə yunan və assurların “soyqırımı” barədə qanun layihəsi təqdim edəcəklərini deyib: “Məqsəd tarixi ədaləti bərpa edib Türkiyənin inkarıyla mübarizə aparmaqdır”.
Vitse-spikerin sözlərinə görə, parlamentdəki müxtəlif fraksiyalardan olan deputatlarla görüşüb və onların müsbət fikirlərini alıb. Parlament yaz sessiyalarından birində bu qanun layihəsini müzakirə edəcək.
İnterpress.az