ASGA “Gələcəyə Baxış” adlı tədbir keçirib – FOTObackend

ASGA “Gələcəyə Baxış” adlı tədbir keçirib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tədbirdə ölkədə fəaliyyət göstərən nüfuzlu QHT rəhbərləri, YAP GB-nin, dövlət, özəl şirkətlərin fəal gəncləri və media nümayəndələri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyinin sədri Səbuhi Abbasov açaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzalanmasını mühüm hadisə kimi qiymətləndirdi: “İndiyə qədər həyata keçirilən çoxsaylı layihələr, gənclərin bilik və bacarıqlarını artırmaq məqsədilə yürüdülən siyasət bu gün öz real nəticəsini göstərir. Təsadüfi deyil ki, son dövrlər istər dövlət idarəçiliyində, istərsə də özəl sektorda gənc kadrlar önə çəkilir, onların potensialından dövlətin idarə olunmasına istifadə olunur. Bu Strategiya ölkə gəncliyinə daha da inkişaf etmək, peşəkar kadr kimi yetişmək üçün əlavə imkanlar yaradacaq. Bu sərəncam eyni zamanda məsuliyyət deməkdir. Gənclər dövlət başçısının diqqət və qayğısının məsuliyyətini də dərk etməli, milli maraqların müdafiəsi naminə daim inkişaf etməli, texnoloji yeniliklərə ayaqlaşmağı bacarmalıdırlar.”

Etika Akademiyasının rəhbəri Günel İbrahim isə çıxışında 2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını gözlənilən hadisə olduğunu dedi: “Azərbayacan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı və nəzdində fəaliyyət göstərən Fərdi İnkişaf Mərkəzi-Etika Akademiyası olaraq bu sərəncama inanılmaz sevindik, çünki əksər müddəalar fəaliyyətimizdə öz əksini tapır”

Happy Baku Şirkətinin icraçı direktoru Vüsal İsayev isə çıxış edərək sərəncamın özəl, innovativ şirkətlərin də fəaliyyətinə müsbət təsir edəcəyini dedi: “Düşünürəm ki, gənclərin bütün istiqamətlərdə innovativ təkliflərinin dəstəklənməsi yerli texnoloji bazarında inkişafını stimullaşdıracaq”

Tədbirdə çıxış edən Gənclər Üçün Təhsil Mərkəzinin sədri Fəxrəddin Həsənzadə Azərbaycanda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin həyata keçirildiyini qeyd etdi: “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” da bu siyasətin məntiqi davamıdır. Bu ölkə gəncliyinin bütün hədəf qruplarını əhatə etməklə, Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan dövlətimizin mənafeləri naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaq məqsədi daşıyır”

Sonra İslahatçı Gənclər İB-nin sədri Fərid Şahbazlı çıxış edərək Strategiyadan irəli gələn bir çox məqamlara toxundu: “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 2 Fevral Gənclər Günü ərəfəsində Ölkə Başçısının gəncliyə olan yüksək diqqət və qayğısının növbəti təcəssümüdür. Bu strategiya Azərbaycan gəncliyinin gələcək inkişaf perspektivlərini tamamilə aydın müəyyən edən olduqca mühüm sənəddir”

AMEA-nın elmi işçisi Cahid İsmayloğlu isə bu Sərəncamın gənc alimlərin həyatında xüsusi rol oynadığını qeyd etdi: “Hesab edirəm ki, bu strategiya gənclərin elm sahəsinə maraqlarının artmasında stimul olacaqdır”

AzXeber.com saytının baş direktoru Əfsələddin Ağalarov isə çıxışında sərəncamdan irəli gələn məsələlərin mediadan da yan keçmədiyini bildirdi: “Sərəncamın gənc jurnalistlərin peşəkarlığının artırılması baxımından çox böyük əhəmiyyətə malik olacağına əminəm. Burada medianın üzərinə ciddi məsuliyyət düşür. Çünki görülən işlərin cəmiyyətə tam bişmiş halda çatdırılması gənc jurnalistlərin peşəkarlığından asılıdır”

AzXeber.com saytının baş redaktoru Hacıbəy Heydərli çıxış edərək Sərəncamın medianın inkişafındakı rolundan danışdı: “Bu sərəcam eyni zamanda gənc jurnalistlərin peşəkarlığının artırılmasında mühüm rol oynayacaq. Bu tədbir Sərəncamın gənclər tərəfindən ilk müzakirəsidir. Bu mənada mən bu görüşü yüksək qiymətləndirirəm”

Sonda ASGA Ukrayna nümayəndəliyinin rəhbəri Xəzri Elxanoğlu çıxış edərək Strategiyada xaricdə yaşayan gənclərə xüsusi diqqət ayrıldığını qeyd etdi: “Xaricdə yaşayan gənclərimiz fəaliyyəti ölkəmizin tanıdılması baxımından çox böyük əhəmiyyətə malikdir. Bu mənada mən diaspor təşkilatlarını fəal olmağa və gənclərin təşəbbüslərini dəstəkləməyə çağırırıam. ”

Tədbirin sonunda bir çox QHT rəhbəriləri, fəal gənclər Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası tərəfindən müxalif nominasoyalar üzrə mükafatlandırıldılar.

İlin Gənc Lideri — İslahatçı Gənclər İB-nin sədri Fərid Şahbazlı

İlin Etik Lideri — Etika Akademiyasının rəhbəri Günel İbrahim

İlin QHT sədri — Gənclər Üçün Təhsil Mərkəzinin sədri Fəxrəddin Həsənzadə

İlin Gənc Proramçısı – Happy Baku şirkətinin icraçı direktoru Vüsal İsayev

Gənc alim — AMEA-nın elmi işçisi Cahid İsmayloğlu

İlin Fəal Gənci – YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Elməddin Əmirov

İlin Ən Fəal Gənc Jurnalisti – AzXeber.com saytının baş direktoru Əfsələddin Ağalarov

İlin Fəal Gənc Mühasibi – Müstəqil mühasib Cavid Məmmədov

İlin Ən Fəal Gənc Jurnalisti – AzXeber.com saytının baş redaktoru Hacıbəy Heydərli

ASGA "Gələcəyə Baxış" adlı tədbir keçirib - FOTO

ASGA "Gələcəyə Baxış" adlı tədbir keçirib - FOTO

ASGA "Gələcəyə Baxış" adlı tədbir keçirib - FOTO

İnterpress.az