Türkiyədə tutulan mafiya liderini Azərbaycan da axtarırmış – ŞOK FAKTLARbackend

Türkiyədə tutulan mafiya liderini Azərbaycan da axtarırmış – ŞOK FAKTLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, “İlqam Bolniski” ləqəbi ilə tanınan kriminal avtoritet İlqam Hacıyev Türkiyənin İzmir şəhərində saxlanılıb.

onun saxlanılması ilə bağlı bəzi təfərrüatlar ortaya çıxıb.

Məlumatlara görə, İ.Hacıyev Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olub. O, silah qaçaqmalçılığına görə Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilibmiş. İ.Hacıyev İnterpolun qırmızı xətti ilə axtarışda olub.

Bundan başqa, “Lotu Quli”nin yaxın dostu olan İ. Hacıyevin Türkiyənin tanınmış mafiya lideri Sedat Pekerlə də əlaqələrinin olduğu bildirilir.

Onu da qeyd edək ki, İ.Hacıyev Türkiyəyə saxta pasportla daxil olub. Türkiyə polisi onu məhz saxta paspotla ölkə ərazisində yaşadığı üçün həbs edib.

Onun Azərbaycana verilib-verilməyəcəyi isə hələ məlum deyil.