Ukraynanın Şamaxıdakı Fəxri Konsulluğu nə işlə məşğuldur?-SOCAR vitse-prezidentinin 27 yaşlı oğlunun diplomatik pasport sevdasıbackend

Ukraynanın Şamaxıdakı Fəxri Konsulluğu nə işlə məşğuldur?-SOCAR vitse-prezidentinin 27 yaşlı oğlunun diplomatik pasport sevdası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəlli olduğu kimi ötən ilin noyabrında Şamaxı şəhərində Ukraynanın Fəxri konsulluğu fəaliyyətə başlayıb. Səs-küylü və təntənəli mərasimlə işə başlayan Fəxri Konsulluğa adı Azərbaycan ictimaiyyətinə tanış olmayan Mehralı Qasımov Fəxri Konsul təyin edilib.

Azərbaycanla Ukrayna arasında münasibətlərin bütün istiqamətlər üzrə yüksələn xətlə inkişaf etdiyi bir dönəmdə ölkəmizdə işə başlayan Fəxri Konsulluğun fəaliyyəti maraq cəlb etməyə bilməz. Diasporpress.az olaraq, Ukraynanın Şamaxıdakı Fəxri Konsulluğunun bir illik fəaliyyəti ətrafında qısa araşdırma apardıq.

Media və sosial şəbəkələr üzərindən apardığmız araşdırmalar zamanı bəlli oldu ki, Ukraynanın Fəxri konsulluğu ötən bir il ərzində faktiki heç bir fəaliyyətlə yadda qalmayıb. Fəxri konsul Mehralı Qasımov yalnız Ukraynadan gələn rəsmi şəxslərin səfərləri zamanı onları müşayət etməklə kifayətlənib. Fəxri Konsulluğun rəsmi səhifəsində apardığımız kiçik araşdırma da dediklərimizin təsdiqi rolunda çıxış edir.

Mehralı Qasımova yaxın dairələr Fəxri Konsulla bağlı bir sıra maraqlı faktlar açıqlayıb: “M.Qasımov SOCAR-ın vitse-prezidenti Süleyman Qasımovun oğludur. Ukraynada fəaliyyət göstərən “SOCAR Energy” şirkətində işləyib. Hazırda biznes faliyyəti ilə məşğuldur. 27 yaşlı Mehralı Qasımov öz yaxın ətrafına etiraf edib ki, Fəxri Konsul kimi fəaliyyət göstərməkdə əsas məqsədi diplomatik pasporta sahib olmaq və bundan öz biznesini genişləndirmək üçün faydalanmaqdır. Bu səbəbdən böyük miqdarda sərvətə sahib olan M.Qasımov öz gəlirlərindən kiçik bir hissəsini konsulluq binasının açılmasına ayırmaqla Ukrayna hökümətini öz səmimiyyətinə inandıra bilib. Faktiki olaraq isə Ukraynanın Şamaxıdakı Fəxri Konsulluğu heç bir fəaliyyətlə məşğul deyil”.

Səslənən iddialarla bağlı Şamaxı şəhərində Ukraynanın Fəxri konsulluğunun da mövqeyini dərc edə bilərik.