Bağçalının “Turan xəritəsi” Yunanıstanı da qarışdırdıbackend

Bağçalının “Turan xəritəsi” Yunanıstanı da qarışdırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Rəcəb Tayyib Ərdoğan və MHP sədri Dövlət Baxçalının Beştəpədə Türk Dünyası Xəritəsi ilə verdiyi poz beynəlxalq aləmdə əks-səda doğurub. Yunanıstanı xəritə narahat edirdi.

Yunan mətbuatı bu pozanın təxribat xarakterli olduğunu yazıb. Greek City Times xəbər saytı “Ərdoğan, Trakya və Kipr də daxil olmaqla Türk Dünyasının təxribatçı xəritəsi var” şərhini yazıb.

MHP lideri Baxçalı noyabrın 17-də Beştəpəyə səfəri zamanı prezident Ərdoğana “Türk dünyasının xəritəsi” hədiyyə edib. Xəritədə Rusiyanın bir hissəsi, Balkanlar, Azərbaycan, Türk Cümhuriyyətləri, Çinin Sincan-Uyğur Muxtar Bölgəsi, Monqolustan və İranın bir hissəsi Türk Dünyası sərhədləri daxilində göstərilib.