Dünyanın ən bahalı və ən ucuz şəhərləri hansılardır?backend

Dünyanın ən bahalı və ən ucuz şəhərləri hansılardır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniyanın “The Economist” jurnalı dünyanın ən bahalı şəhərlərinin siyahısını açıqlayıb. Bəs, dünyanın ən bahalı və ən ucuz şəhərləri hansılardır?

Böyük Britaniyada fəaliyyət göstərən “The Economist” jurnalının araşdırma bölməsi (EIU) dünyanın 173 böyük şəhərində mal və xidmətlərin dəyərini ABŞ dolları ilə araşdıraraq hazırladığı hesabatı paylaşıb.

Hesabatda deyilir ki, “artan inflyasiya” və “təchizat zəncirindəki problemlər” qlobal miqyasda qiymətləri yüksəldir.

Bu çərçivədə son 5 ildə yaşayış qiymətində ən böyük artım bu böyük şəhərlərdə qeydə alınıb.

Ən çox qiymət artımının müşahidə olunduğu sahə neftin qiymətinin artması ilə əlaqədar daşınma olub.

TEL-ƏVİV DÜNYANIN ƏN BAHALI ŞƏHƏRİ OLDU

Hesabatda qeyd olunub ki, İsrailin paytaxtı Təl-Əviv yaşayış minimumuna görə 5-ci yerdən yuxarı qalxaraq onu “dünyanın ən bahalı şəhəri” edib.

Fransanın paytaxtı Paris bir pillə geriləyərək ikinci yeri Sinqapurla bölüşdü.

İsraildə ərzaq və nəqliyyat qiymətlərinin artması və İsrail şekelinin xarici valyutalar qarşısında bahalaşması səbəbindən Tel-Əvivin 1-ci pilləyə yüksəldiyi vurğulanıb.

Ötən il birinci yeri Paris, Sürix və Honq Konq bölüşdürürdüsə, bu il Sürix 3-cü, Honq Konq isə 4-cü yeri tutub.

Siyahıda Honq-Konqdan sonra Nyu York, Cenevrə, Kopenhagen, Los-Anceles və Osaka yer alıb.

İranın paytaxtı Tehran ABŞ sanksiyalarının yaratdığı qiymət artımları və məhdudiyyətlər səbəbindən 79-cu yerdən 29-cu yerə yüksələrək siyahıda ən çox bahalaşan şəhər olub.

Korona virusunun yayılmasının səbəb olduğu inkişaflara qarşı reytinqlərin dəyişkən olmağa davam etdiyi bildirilib

“Covid-19 peyvəndləri buraxıldıqca əksər iqtisadiyyatlar bərpa olunsa da, paytaxt ərazilərində hələ də yoluxma hallarının sayında artım müşahidə olunur və bu, yenidən məhdudiyyətlərin tətbiqinə səbəb olur.

“Bu, bir çox şəhərlərdə malların tədarükünü kəsir, qıtlığa və qiymət artımına səbəb olur.”

DÜNYANIN ƏN UCUZ ŞƏHƏRİ DƏMƏŞK

Suriyanın paytaxtı Dəməşq dünyanın yaşamaq üçün ən ucuz şəhəri olaraq siyahıda qalıb.

Ən ucuz 2-ci şəhər Tripoli, 3-cü Daşkənd, 4-cü Tunis və 5-ci Almatı olub.

Mənbə:ahaber.com.tr

Hazırladı:Eltac Zülfüqaroğlu