Xalq artisti vəfat etdi – Foto
Rusiyanın Xalq artisti Nina Urqant vəfat edib.
bu barədə aktrisanın çalışdığı Aleksandrinski Teatrı məlumat yayıb.
93 yaşlı aktrisa Sankt-Peterburq şəhərində dünyasını dəyişib.
Nina Urqant uzun müddət teatr və kinoda fəaliyyət göstərib. “Pələng təlimçisi”, “On ikinci gecə”, “Oğullar döyüşə gedir” kimi onlarla filmdə çəkilib.
