İtaliya öz prezidentini seçirbackend

İtaliya öz prezidentini seçir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, İtaliya parlamenti üçüncü dəfədən də ölkə prezidenti seçə bilməyib. Dünən keçirilən səsvermədə nəticə hasil olmayıb. Hər iki palatatanın deputatlarının əksəriyyəti boş bülliten atıblar.

Yanvarın 14-də vaxtından əvvəl istefa verən Corco Napolitanonun yerinə yeni prezidentin bu gün dördüncü cəhddə seçilməsi gözlənilir. Bunun üçün 1009 deputatdan 505-nin səsini almaq lazımdır.

Hazırda ölkə başçısı kürsüsünə yeganə namizəd Konstitusiya məhkəməsinin hakimi 73 yaşlı Sercio Mattarelladır. Onu baş nazir Matteo Rençinin rəhbərliyi ilə hakim Demokrat partiyası da dəstəkləyir.

İntpress.az