Xalq artisti Miri Yusif plastik əməliyyat olunub.
Yenisabah.az xəbər verir ki, axşam.az-ın məlumatına görə, müğənni ötən həftə bıçaq altına yataraq qarın və kürək nahiyəsindəki piylərdən xilas olub.
Miri Yusif “Baku Medical Plaza”da baş tutan əməliyyat üçün plastik-cərrah Siruz Qoçxaniyə müraciət edib.
Axşam.az məsələ ilə bağlı Miri Yusifin mövqeyini öyrənmək üçün prodüseri Emin Əfəndi ilə əlaqə saxlayıb. O isə müğənninin belə bir əməliyyat etdirmədiyini bildirib.
