Sarkisyan Ərdoğana yenə “yox” dedibackend

Sarkisyan Ərdoğana yenə “yox” dedi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Ermənistan prezidenti Serj Sarkisyan Türkiyə prezidentinin Çanaqqala savaşının 100-cü ildönümüylə bağlı tədbirə dəvətinə ikinci dəfə yox cavabı verib.

“100 illiklə bağlı tədbirləri bütün gücümüzdən istifadə edərək keçirməliyik. Çünki Türkiyə Gelibolu müharibəsini yenidən redaktə edərək dar düşüncəli münasibətini bir daha göstərib.

Mənə göndərilən layiq olmayan dəvəti yanlış anlayışlara yol açmasın deyə Ərdoğanın cavabını yubatmadan vermişdim. Burada yenə söyləyirəm. Türkiyənin bu addımının soyqırımı inkar etmək kimi heç bir perspektivi yoxdur. Üstəlik bu cür addımlarTürkiyənin siyasi iradəsizliyi ilə yanaşı hüquqi məsuliyyətdən qaçmaq istədiyini də göstərir. Bu dəvəti dar görüşlü, boş və aşağılayıcı dəyərləndirirəm”.

Sarkisyan İşçi partiyasının lideri Doğu Perinçekin İsveçrəyə qarşı qaldırdığı iddiaya da rkiyədə dəfələrlər müxtəlif cinayətlərdən mühakimə olunmuş milliyətçi Perinçek erməni xalqının mübarizəsini məhkəmədə gözdən salmağa çalışır. Biz bu prosesi üçüncü tərəf kimi izləyirik. Soyqırımın hüquqi zəmində qəbul və ya inkar edilməsinə də göz yuma bilmərik.

İnterpress.az