Toyda olan qonşusunun evindən oğurluq edən şəxs saxlanılıbbackend

Toyda olan qonşusunun evindən oğurluq edən şəxs saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Toyda olan qonşusunun evindən oğurluq edən Lənkəran sakini saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan İnterpress.az-a verilən məlumata görə, Lənkəran rayonunun Osaküçə kənd sakini olan bir şəxs polisə müraciət edərək toy məclisində olduqları vaxt naməlum şəxsin yaşadıqları evdən 1 ədəd mobil telefon və 100 manat pul oğurladığını bildirib.

Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluq faktını törətməkdə şübhəli bilinən Osaküçə kənd sakini Zamin Nağıyev saxlanılıb. Oğurladığı mobil telefon gizlətdiyi yerdən aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.