“Ötən il Azərbaycanda dövlət ittihamçısı cinayət işindən imtina edib”.
İnterpress.az-ın xəbərinə görə, bunu Baş prokuror Kamran Əliyev qurumda keçirilən geniş kollegiya iclasında bildirib.
O deyib ki, Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə aparılan cinayət işindən bəraətverici əsaslarla imtina olunub: “Bundan da qorxmaq, çəkinmək lazım deyil”.