Bakıda avtomobildən 11 min manat pul oğurlanıbbackend

Bakıda avtomobildən 11 min manat pul oğurlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda avtomobildən 11 min manat pul oğurlanıb.

Bu barədə İnterpress.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 11-də Lökbatan qəsəbəsinin ərazisində “Ford” markalı avtomobildən 11 min manat pul oğurlamaqda şübhəli bilinən Samux rayon sakini M.Seyidov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.