Peyğəmbərin karikaturasını dərc edən jurnalın çapı dayandıbackend

Peyğəmbərin karikaturasını dərc edən jurnalın çapı dayandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən bildirir ki, hələlik rəhbərlik terrora etiraz olaraq 7 milyon nüsxə ilə dərc edilən son buraxılışın problemləri ilə məşğuldur.

Jurnal rəhbərliyinin bu barədə yaydığı açıqlamada yaxın zamanda jurnalının nəşrinin bərpa olunacağı bildirilib.

Terror aktına qədər jurnal 60 min nüsxə ilə çap edilib. Ancaq terrordan sonra jurnalın 7 milyon nüsxədə çap edilməsi ölkənin mətbuat tarixində unikal hadisə kimi qeyd edilib. Hətta ölkənin ən məşhur qəzetləri belə son illərdə bu qədər nüsxə ilə çap edilməyib.

Xatırladaq ki, Məhəmməd peyğəmbərin karikaturasını dərc edən jurnala yanvarın 7-də hücum təşkil edilib və 8-i jurnalist olmaqla 12 nəfər öldürülüb.

İnterpress.az