ABŞ-dan Ukraynaya silah yardımıbackend

ABŞ-dan Ukraynaya silah yardımı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə “New York Times” qəzeti yazıb.

Qəzetin məlumatına görə, Ukraynaya silah yardımını NATO-nun Avropadakı rəhbəri Filip Bridlav da dəstəkləyir. Bu məsələ ABŞ-ın dövlət katibi Con Kerrinin Kiyevə səfəri zamanı müzakirə ediləcək.

Bundan əlavə Ukraynaya silah yardımı edilməsinə qarşı çıxan ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə köməkçisi Süzan Rays da fikrini dəyişə bilər.
Ağ Ev rəsmi mövqeyini hələ açıqlamayıb. Prezident Administrasiyasının nümayəndəsi Bernadett Mixen qeyd edib ki, Vaşinqton Ukraynanın şərqindəki münaqişənin diplomatik yolla həllinə çalışır. Lakin başqa variantlar da istisna olunmur.

Məlumat üçün bildirək ki, Ukraynada münaqişə başlayandan bəri ABŞ Kiyevə 320 milyon dollar yardım edib.

İnterpress.az