Rusiya təyyarələri nüvə başlıqlı bomba daşıyıb – VİDEObackend

Rusiya təyyarələri nüvə başlıqlı bomba daşıyıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Norveç kəşfiyyatı boğazın üzərindən keçən təyyarələrdən ikisinin arasındakı rabitə əlaqəsini dinləyib. Danışıqlarda pilotlar “trident” tipli sualtı qayıqları vurmaq üçün hazırlanan nüvə başlıqlı bir bomba daşıdıqlarını deyiblər.

Norveç rəsmiləri vəziyyəti Britaniya ordusuna, onlar da baş nazir və müdafiə nazirinə xəbər verib. İngiltərə XİN-i Rusiya səfirini çağıraraq nota verib.

London hadisənin 2006-cı ildə İngiltərədə radioaktiv maddə ilə zəhərlənərək öldürülən Aleksandr Litvinenkoyla bağlı istintaqın yenidən açılmasıyla eyni vaxta düşməsini təsadüfi hesab etmir. Britaniya Kremilə müxalif olan Litvinenkonun ölümündə Putini günahkar bilir.

NATO-dan əldə ediən məlumata görə, Rusiya hava qüvvələri ötən il keçirdiyi uçuşlarda Şimal, Baltik və Atlantik okeanının üzərindən alyans üzvü olan ölkələrin hava sərhədlərini 100 dəfədən artıq pozub.

Bu rəqəm 2013-cü ildə 30-a qədər idi. Soyuq müharibə dövründə sovet təyyarələrinin nüvə başlıqlı bomba daşıması normal sayılsa da SSRİ-nin dağılmasından sonra bu cür uçuşlara son qoyulub.


Putin'den Dünyayı Ayağa Kaldıran Hamle sondakika
İnterpress.az