Z. Oruc bu yaxınlarda Tarif Şurasının benzinin qiyməti ilə bağlı çıxardığı anlaşılmaz qərarın ölkə başçısı tərəfindən ləğv olunduğunu xatırladaraq bildirib ki, bu strukturun fəaliyyətinə yenidən baxmaq lazımdır.
O qeyd edib ki, Tarif Şurasının tərkibi qanunla müəyyənləşməlidir: “Belə bir qurumun tərkibinin niyə müavinlər səviyyəsində formalaşması, yaxud hansı prinsiplərlə fəaliyyət göstərməsi məsələsinə baxılmalıdır. Hesab edirəm ki, qanunla Tarif Şurasının statusunu yenidən müəyyən etməliyik”.
İnterpress.az